"Twitter"da kütləvi ixtisarlar artıq başlayıb | Banco.az

"Twitter"da kütləvi ixtisarlar artıq başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in yeni sahibi İlon Mask qeyd etdiyi ixtisarlara artıq başlayıb.

Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin baş icraçı direktoru İlon Mask sosial media platforması “Twitter”ı satınalma prosesləri ərəfəsində şirkət işçilərindən bir qismini ixtisar edəcəyini açıqlamışdı. Artıq bəzi işçilər işdən çıxarılmaları ilə bağlı elektron poçtla bildiriş aldıqlarını qeyd ediblər.

İlon Mask isə rəsmi “Twitter” səhifəsindən açıqlama edərək bildirib ki, aktivist qrupların reklamçılara təzyiqi səbəbindən şirkətin gəlirləri kəskin şəkildə azalıb. 

Xatırladaq ki, yaxın günlərdə dünyanın bəzi aparıcı markaları “Twitter”a reklam verməyi dayandırdıqlarını elan etmişdilər ki, bu da özlüyündə şirkətin çətin dövrdən keçəcəyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et