“Twitter” şirkətinin gəliri 40 faiz azalıb | Banco.az

“Twitter” şirkətinin gəliri 40 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” şirkətinin gəliri dekabrda təxminən 40 faiz azalıb.

Banco.az xəbər verir ki, İlon Mask tərəfindən satın alınmasından sonra geriləmə prosesində olan sosial media şirkəti “Twitter”in dekabr ayı gəlirləri açıqlanıb.

Buna görə, şirkətin həm gəliri, həm də düzəliş edilmiş mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 40% aşağı olub.

“Wall Street Journal”ın hesabatına görə, bu, İlon Maskın oktyabrın 27-də şirkəti təhvil almasından sonra platformada reklam yerləşdirən bir neçə şirkətin bu istiqamətdə xərclərini azaltmasından sonra baş verib və nəticədə ötən ilin sonuncu ayı “Twitter”də reklam xərcləri 71% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Twitter” ilk faiz ödənişini yanvar ayında bankların milyarder Maskın keçən il şirkəti satın almasını maliyyələşdirmək üçün verdiyi kreditlə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et