"Twitter" şirkətinin CEO-su istefa etdi | Banco.az

"Twitter" şirkətinin CEO-su istefa etdi

Tamara Mustafayeva, Banco.az

"Twitter" şirkətinin CEO-su Cek Dorzi istefa edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın sosial media nəhəngi "Twitter" platformasının həmtəsisçisi və eyni zamanda CEO vəzifəsini icra edən Cek Dorzi açıqlama edərək vəzifədən getdiyini bildirib. Şirkətin yeni CEO-su isə Baş Texnologiya Direktoru Paraq Aqraval təyin edilib.

Xatırladaq ki, Cek Dorzi 2006-cı ildə təsis etdiyi "Twitter"ın CEO-luğundan 2008-ci ildə də istefa etmiş, ancaq 2015-ci ildə yenidən vəzifəsinin icrasına davam etmişdi. 45 yaşlı biznesmen həmçinin "Square Inc." adlı ödəmə şirkətinə də rəhbərlik edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram