Müəllif: Tamara Mustafayeva, Banco.az
Şikayətlərdən sonra “Twitter” şirkətinin mənzil-qərargahındakı "X" loqotipi yığışdırılıb.
Banco.az xəbər verir ki, sosial media şirkəti “Twitter”in rəhbəri İlon Maskın baş ofis binasının üzərindəki keçmiş loqotipi “X” ilə əvəzləməsinin əks-sədaları davam etməkdədir.
Belə ki. ABŞ-ın San-Fransisko şəhərində yerləşən baş ofisindəki nəhəng, parlaq “X” loqotipi sakinlərin şikayətindən sonra yığışdırılıb.
San-Fransisko şəhərinin Tikinti Təftişi Departamenti icazəsiz loqo dəyişdirilməsi ilə bağlı sakinlərdən 24 şikayətin daxil olduğunu bildirib. Rəsmilər qeyd edib ki, sakinlər “X” loqosunun təhlükəli olmasından və yaydığı işıqdan şikayətlənir.
Bizi sosial şəbəkələrdən izləyin!!