"Twitter" şirkəti müflis ola bilər | Banco.az

"Twitter" şirkəti müflis ola bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter”in yeni sahibi İlon Mask işçilərinə verdiyi ilk açıqlamada “müflisləşmə” ehtimalını dilə gətirib.

Banco.az xəbər verir ki, dünyanın ən varlı insanı İlon Mask nağd pul kəsirinin qarşını alınmazsa, yenicə satın aldığı “Twitter” şirkəti üçün iflasın mümkün olduğunu söyləyib.

“Twitter”in direktoru olduqdan sonra işçilərinin yarısını ixtisar edən və idarə heyəti işçilərinin əksəriyyətini dəyişən Mask hələ də investorları öz biznes modelinə inandıra bilməyib.

“Wall Street” bankları Maska verdikləri 13 milyard dollarlıq kredit üçün alıcı tapa bilmədiklərindən onu balanslarından çıxara bilmirlər.

Kreditlə maraqlanan bəzi investorlar 1 dollar üçün 60 sent təklif edirlər. Bu isə kredit və istiqraz bazarında maliyyə çətinlikləri ilə üzləşən şirkətlər üçün irəli sürülən məbləğdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et