"Twitter" şirkəti 200 nəfəri işdən çıxarır | Banco.az

"Twitter" şirkəti 200 nəfəri işdən çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” işçilərinin təxminən 10 faizini təşkil edən ən azı 200 nəfəri işdən çıxarıb.

Banco.az xəbər verir ki, sosial media nəhəngi “Twitter” işçilərinin təxminən 10 faizini ixtisar edib.

Bu barədə “New York Times” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, şənbə günü işdən çıxarılanlara maşın öyrənməsi və saytın etibarlılığı üzərində işləyən məhsul menecerləri, data mütəxəssisləri və mühəndisləri daxildir.

“Twitter”in rəhbəri İlon Maskın sözlərinə görə, şirkətin hazırda 2300-ə yaxın aktiv işçisi var.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Mask “Twitter”i 44 milyard dollara aldıqdan sonra xərcləri azaltmaq üçün noyabrın əvvəlində təxminən 3700 işçini işdən çıxarmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et