“Twitter” rəsmi olaraq “X.com” domeninə keçdi | Banco.az

“Twitter” rəsmi olaraq “X.com” domeninə keçdi

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Mask tərəfindən “X” sosial şəbəkəsinin rebrendinqi başa çatıb.

Artıq sosial şəbəkə rəsmi olaraq köhnə "twitter.com" ünvanından yeni URL-x.com-a keçib. "twitter.com" yazarkən hələ də sayta daxil olmaq mümkündür, lakin URL avtomatik olaraq "x.com" olaraq dəyişir.

Banco.az xəbər verir ki, bu barədə İlon Mask öz “X” səhifəsində məlumat verib.

ULR dəyişikliyinə əlavə olaraq, “X”in ana səhifəsində müvafiq məlumat əlavə edilib: “"X.com" saytına xoş gəlmisiniz! URL-miz dəyişdi, lakin məxfilik və məlumatların qorunması parametrləriniz eyni olaraq qalır”.

Beləliklə sosial şəbəkənin keçmişi ilə bütün əlaqələri tamamilə kəsilib. “Twitter” ilə əlaqəli digər xidmətlərin də adları dəyişib - “Tweetdeck”in adı “XPro”, “Twitter Blue” isə “X Premium” oldu.

Xatırladaq ki, İlon Mask ötən ilin iyulunda “Twitter”i “X” olaraq adlandırmışdı, lakin saytın ünvanı dəyişməmişdi, "x.com" domeni istifadəçiləri twitter.com-a yönləndirirdi. Artıq hər kəs “x.com” ünvanı vasitəsilə platformaya daxil ola biləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram