"Twitter" platformasından bitkoin qərarı | Banco.az

"Twitter" platformasından bitkoin qərarı

Tamara Mustafayeva, Banco.az

"Twitter" platforması istifadəçilərin bəyəndikləri kontent yaradıcılarına bitkoin ilə bəxşiş verməsinə imkan yaradıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, mikroblogging platforması olan "Twitter" onlayn ödəmə sisteminə hazırda təkcə iOS əməliyyat sistemi istifadəçiləri üçün əlçatan olan yeni funksiya əlavə edib.

Bu yeni funksiya ilə istifadəçilər bəyəndikləri kontent yaradıcılarına bəxşiş verə biləcəklər. Hətta ödəmə vasitəsi kimi bitkoindən də istifadə etmək mümkün olacaq.

Qeyd edək ki, bitkoin ilə ödəniş imkanı hazırda məhdud sayda istifadəçi üçün sınaq məqsədilə aktiv edilib. Bununla yanaşı, yaxın günlərdə digər kriptovalyuta növlərinin də sistemə daxil ediləcəyi gözlənilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et