"Twitter" platformasına yeni funksiya əlavə olundu | Banco.az

"Twitter" platformasına yeni funksiya əlavə olundu

Tamara Mustafayeva, Banco.az

“Twitter” platforması “Spaces” adlı söhbət otağına podkast funksiyası əlavə edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünən verdiyi açıqlama ilə "Twitter" podkast xüsusiyyətini tətbiqə inteqrasiya etdiyini açıqlayıb.

Hazırda yalnız ana dili ingilis dili olan bəzi ölkələrdə aktivləşdirilən funksiya təkmilləşdirmələrdən sonra digər ölkələrdə də istifadəyə veriləcək. Yeni funksiyanın əlavə edilməsi ilə yenilənən "Spaces" bölməsinin "Stansiyalar" seqmentinə daxil olan podkast istifadəçilərin maraq dairələrinə uyğun təkliflər verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Twitter" tərəfindən aparılan araşdırmaya görə, ABŞ-da "Twitter" istifadəçilərinin 45 faizi mütəmadi olaraq podkastları dinləyir və şirkətin də bu məlumatlara əsasən sözügedən funksiyanı tətbiqə inteqrasiya etdiyi düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et