Twitter milyonlarla dollar zərər edib | Banco.az

Twitter milyonlarla dollar zərər edib

Twitter bu ilin 3-cü rübünün maliyyə nəticələrini açıqladı. Son maliyyə göstəricilərinə əsasən məşhur paylaşıb platforması 21,1 mln. dollar zərər edib.

Hesabatlara əsasən şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azalaraq 590 mln. dollara düşüb. Lakin eyni dövrdə sosial şəbəkənin istifadəçilərinə baxdıqda 2,8% artım olduğunu və istifadəçilərin sayının 330 mln.a çatdığını görərik. Həmçinin, şirkətin ilin 4-cü rübündə 220 mln. və ya 240 mln. dollar mənfəət əldə edəcəyi təxminləri irəli sürülür.

Ən sərfəli kredit üçün müraciət et

Twitter rübü zərərlə başa vursa da, istifadəçi sayındakı artım və digər göstəricilər bazarda gözləntilərin üzərində olub. 

Qeyd edək ki, sosial şəbəkə 2016-cı ilin iyul-sentyabr aylarında 616 mln. dollar mənfəət əldə etçişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et