Twitter məlumat limitini niyə 280 simvola qədər artırır? | Banco.az

Twitter məlumat limitini niyə 280 simvola qədər artırır?

"Twitter" sosial şəbəkəsi məlumat yerləşdirmək üçün işarə limitini 140-dan 280-ə qədər artırmaq imkanı verən funksiyanı sınaqdan keçirir. Bu haqda servisin bloqunda məlumat verilir

Kompaniyada yeniliyin səbəbini belə izah edirlər: yapon, çin və koreya dillərində  140 simvol vasitəsi ilə daha çox informasiya ötürmək mümkündür, nəinki digər dillərdə olan tvitlərdə.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, ingilis dilində olan tvitlərin əksəriyyətinin sayı 34 simvoldan ibarət olur, halbuki yapon dilində tvitlərin böyük çoxluğunun həcmi 15 simvoldan ibarətdir. Eyni zamanda yapon dilində olan tvitlərin yalnız 0,4%-i 140 simvol limitinə qədər çatır, ingilis dilində olan tvitlərdə isə bu rəqəm 9%-dir. 

«Biz istəyirik ki, planetdəki hər bir insan özünü Twitterdə rahat ifadə edə bilsin, ona görə də biz bu yeniliyi tətbiq edirik, biz limiti 280 simvola qədər artırmağı yoxlayacağıq» - məlumatda deyilir. 

«Bu kiçik bir dəyişiklik olsa da bizim üçün böyük bir addımdır» öz Twitter səhifəsində şirkətin rəhbəri Jack Dorsey yazıb və o, öz tvitində 280 simvoldan istifadə edib..

 

Ən sərfəli krediti almaq üçün müraciət et