"Twitter" İlon Maskın satınalma təklifinə müsbət cavab verə bilər | Banco.az

"Twitter" İlon Maskın satınalma təklifinə müsbət cavab verə bilər

Tamara Mustafayeva, Banco.az

"Twitter" İlon Maskın satınalma təklifinə müsbət cavab verə bilər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Twitter" rəsmiləri milyarder iş adamı İlon Maskın platformanı satın almaqla bağlı təklifinə artıq müsbət yanaşır. 

New York Times nəşrinin xəbərinə görə, "Twitter" şirkətinin 11 üzvdən ibarət idarə heyəti sözügedən təklifi müzakirə etmək üçün bazar günü iclas keçirib. Wall Street Journal isə yazır ki, satınalma üzrə razılaşma bu həftə baş tuta bilər.

Xatırladaq ki, şirkət Maskın təklifindən əvvəlcə kəskin şəkildə imtina etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram