"Twitter" iki faktorlu autentifikasiya xidmətini ödənişli edib | Banco.az

"Twitter" iki faktorlu autentifikasiya xidmətini ödənişli edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” yeni təhlükəsizlik siyasəti çərçivəsində iki faktorlu autentifikasiyanı (2FA) ödənişli edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, dünyanın aparıcı texnologiya nəhənglərinin sahibi kimi tanınan İlon Mask “Twitter”i aldıqdan sonra bir çox tənqidlərin də mərkəzində olub. 

İlkin olaraq “Mavi işarə” xidmətini ödənişli etməsi ilə gündəmə gələn Mask indi də ödəniş etməyən istifadəçilərin platformanın iki faktorlu autentifikasiya (2FA) təhlükəsizlik xidmətini ləğv edəcəyini açıqlayıb.

Belə ki, artıq sadəcə “Mavi Twitter” abunəlik paketindən istifadə edənlərin sözügedən xidmətdən faydalanmasına icazə veriləcək. Fərqli iki faktorlu autentifikasiya növünə keçməyən “Twitter” istifadəçiləri üçün martın 20-dək bu funksiya deaktiv ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram