"Twitter" fəaliyyəti dayandırılmış bəzi profilləri açacaq | Banco.az

"Twitter" fəaliyyəti dayandırılmış bəzi profilləri açacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter”dən verdiyi açıqlamada daha əvvəl bağlanmış hesabların vəziyyətinə aydınlıq gətirib.

Banco.az xəbər verir ki, Mask bir müddət əvvəl fəaliyyəti dayandırılmış profillərdən bəzilərinin gələn həftədən etibarən yenidən aktiv ediləcəyini bildirib.

Qeyd edək ki, İlon Mask çərşənbə günü “Twitter” vasitəsilə keçirdiyi sorğuda istifadəçilərə belə bir sual ünvanlandırmışdı.

“Twitter qanun pozuntusu törətməmiş və ya çoxlu spam göndərməmiş profillərə ümumi amnistiya təklif etməlidirmi?”

Ən sərfəli kredit üçün müraciət et

Sorğuda iştirak edən 3,1 milyon insanın 72,4 faizi "lehinə", 27,6 faizi isə "əleyhinə" cavab verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et