Twitter ən son yenilikləri ilə WhatsApp-la yarışacaq | Banco.az

Twitter ən son yenilikləri ilə WhatsApp-la yarışacaq

Twitter iOS və Android tətbiqlərində köklü bir dəyişikliyə hazırlaşır. 

Dəyişikliklərə əsasən, mesaj xidməti mobil tətbiqlərdə bütün xüsusiyyətləri ilə istifadə edilə biləcək. 
 
Hazırda mobil telefonlarda məhdud imkanlarla mesajlaşmağa imkan verən Twitter öz istifadəçilərinə yenilikləri barədə elan edib. Şirkətin rəsmi hesabından edilən şərhdə, bir neçə həftə içində SMS xüsusiyyətinin daha tutarlı hala gətiriləcəyi ifadə edilib. 
 
Gələcək yeniləmə ilə birlikdə mobil tətbiqdə və veb interfeysdə mesajlar eyni vaxtlı olaraq silinə biləcək. Eyni zamanda, bu dəyişikliklər nəticəsində mobil telefonlarda Twitter mesajlarının arxivini tam görmək mümkün olacaq. 

Şirkət bu yeniliklə WhatsApp kimi tətbiqlərlə yarışacağı siqnalını verir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et