Twitter çoxdan gözlənilən yeni funksiyalar hazırlığındadır | Banco.az

Twitter çoxdan gözlənilən yeni funksiyalar hazırlığındadır

Tamara Mustafayeva, Banco.az

Məşhur mikroblogging platforması Twitter yeni funksiyalar üzərində işləyir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, platformanın yaxın zamanda aktivləşdirməyə hazırlaşdığı funksiyalara "tvitlərə çox çeşidli reaksiya" və "etiketdən çıxarma" daxildir. 

Belə ki, "Twitter"da hər hansı istifadəçilər bir-birləri ilə yazışarkən sizin adınızın da o söhbətdə qeyd edilməsi və bu səbəbdən də dayanmadan sizə də bildiriş göndərilməsi halları ilə qarşılaşmamış olmazsınız. Hətta "Məni bu söhbətdən çıxarın" üsyanı bir vaxtlar viral olmuş və hələ də zarafat kimi tez-tez istifadə edilir.

Odur ki, platformanın yeni funksiyalarından biri məhz bu məsələ ilə bağlıdır. Belə ki, artıq söhbətdən çıxmaq üçün sizi başqa istifadəçilərin həmin söhbətdən çıxarmasını gözləməli olmayacaqsınız. Bu yeni funksiya ilə istənilən an daxil olmaq istəmədiyiniz söhbətlərdən özünüz çıxa biləcəksiniz. 

İkinci yeni funksiya isə istifadəçilərin yazdığı tvitlərə müxtəlif reaksiyaların verilməsini təmin edəcək. "Çox çeşidli reaksiya"lara "Like" ("Bəyənmə"), "Hmm" ("Fikirləşmə"), "Sad" ("Kədərlənmə") və "Haha" ("Gülmə") daxildir. 

Ən sərfəli kredit üçün müraciət et

Image

Hazırda ideya mərhələsində olan bu funksiyaların yaxın zamanda reallaşdırılması gözlənilir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et