Twitter bu podkast platformasını satın aldı | Banco.az

Twitter bu podkast platformasını satın aldı

Tamara Mustafayeva, Banco.az

Ötən məqalələrimizdən birində Twitter platformasının audio söhbət imkanı yaradan "Spaces" funksiyasını sınaqdan keçirməyə başladığını xəbər vermişdik. İndi isə şirkət sözügedən funksiyanı təkmilləşdirmək məqsədilə 2016-cı ildə fəaliyyətə başlayan "Breaker" adlı podkast platformasını satın aldığını elan edib. 

"Breaker" platformasının həmtəsisçisi Leah Culver "Spaces" funksiyasının əsasını təşkil edəcək audio söhbətlərin qrup söhbətlərinin gələcək mənzərəsini formalaşdıracağını və bu səbəbdən çox həyəcanlı olduğunu bildirib. CEO Erik Berlin isə Twitter və Breaker arasında mükəmməl əlaqə yaranacağını söyləyib. 

"Breaker" podkast platforması 15 yanvar tarixindən etibarən fəaliyyətini dayandıraraq Twitter platformasına daxil olacaq və "Spaces" funksiyasını təkmilləşdirmək üçün müvafiq işlərə başlanılacaq. Ancaq "Breaker" komandasının hansı texnologiyalardan istifadə edəcəyinə dair dəqiq informasiya yoxdur. Həmçinin Twitter şirkətinin platformanın satın alınması üçün hansı məbləği ödədiyi də elan edilməyib.

Həmçinin oxu: Twitter mobil versiyaya fiziki təhlükəsizlik funksiyası əlavə edəcək

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram