“Twitter” bu ölkədə ofislərini bağlayır | Banco.az

“Twitter” bu ölkədə ofislərini bağlayır

Müəllif - Aida İsaq, Banco.az

“Twitter” Hindistanda fəaliyyət göstərən hər üç ofisindən ikisini bağlayıb.

Banco.az xəbər verir ki, müvafiq addımın xərcləri azaltma proqramının bir hissəsi olaraq atıldığı qeyd olunur. Yeni Dehli və Mumbay şəhərlərində yerləşən ofislərin fəaliyyətini dayandırdığı bildirilir. Beləliklə, bundan sonra ən qızğın siyasi müzakirələrə ev sahibliyi edən Hindistanda “Twitter”in baş ofisi Banqalordan idarə olunacaq. Qeyd etmək yerinə düşər ki, təkcə Hindistanın baş naziri Narendra Modinin sözügedən platformada 86,5 milyon izləyicisi var. 

Qeyd edək ki, 2022-ci ilin sonunda İlon Mask “Twitter”in Hindistan bölməsinin işçilərinin 90%-dən çoxunu ixtisar edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram