“Twitter” bir müddət "Mavi İşarə" satmayacaq | Banco.az

“Twitter” bir müddət "Mavi İşarə" satmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” profillərin təsdiqlənməsini bir müddətlik təxirə salıb.

Banco.az xəbər verir ki, “Twitter” platforması istifadəçi şəxsi məlumatlarının oğurlanması təhlükəsi səbəbindən profillərin təsdiqlənməsinə xidmət edən "Blue Tick" (mavi işarə) tətbiqinin işə salınmasını təxirə salıb.

Bu barədə şirkətin direktoru İlon Mask xəbər verib.

O, bildirib ki, ödənişli mavi işarə xidməti "təqlid etməyi dayandırmaqla bağlı yüksək səviyyədə inam yaranana qədər" dayandırılacaq.

Maskın bu qərarı müxtəlif tanınmış marka və şəxsləri təqlid edən istifadəçilərin artmasından sonra şirkət səhmlərinin ucuzlaşmasına görə verdiyi deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et