Türkmənistanda kommunal güzəştlər ləğv ediləcək | Banco.az

Türkmənistanda kommunal güzəştlər ləğv ediləcək

Türkmənistan hökuməti 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verməyi dayandıracaq.

Bununla bağlı Türkmənistan dövlət informasiya agentliyi məlumat yayıb.

Qərar dünən Aşqabadda keçirilən iclasda verilib. 

“Türkmənistan iqtisadiyyatında azad bazar münasibətlərinin inkişafını davam etdirmək, eləcə də, elektrik enerjisi, qaz, kommunal xidmətlərin qiymətinin tənzimlənməsi məqsədilə 2019-cu il yanvarın 1-dən əhaliyə pulsuz elektrik enerjisi, qaz, içməli su və xörək duzu verilməsi dayandırılacaq”, - Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun qərarında deyilir. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Xalq Şurası 2019-cu il yanvarın 1-dən etibarən Türkmənistan əhalisinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun güzəştli qiymətlərlə verilməsi qərarını qəbul edib. 

Türkmənistan hökumətinə normativ-hüquqi aktların hazırlanması və prezidentə təqdim olunması tapşırılıb. 

marja.az