Türkiyəyə təbii qaz idxalı dekabrda 6 faiz azalıb | Banco.az

Türkiyəyə təbii qaz idxalı dekabrda 6 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəyə xarici ölkələrdən təbii qaz idxalında azalma müşahidə edilib.

Banco.az xəbər verir ki, Türkiyəyə təbii qaz idxalı 2022-ci ilin dekabr ayında əvvəlki ilin eyni ayına görə 6 faiz azalaraq təxminən 5 milyard 808 milyon kubmetr olub. Ən çox idxal 2,04 milyard kubmetrlə Rusiyadan həyata keçirilib.

Enerji Bazarını Tənzimləmə Qurumunun 2022-ci ilin dekabr ayına olan “Təbii Qaz Bazarı Sektoru Hesabatı”na əsasən, idxalın təqribən 3 milyard 432 milyon kubmetri boru kəmərləri, 2 milyard 375 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə həyata keçirilib.

Bu dövrdə boru kəmərləri ilə təbii qaz idxalı təxminən 6,4 faiz, LNG idxalı isə 5,5 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin dekabrında ən çox təbii qaz idxalı 2,04 milyard kubmetrlə Rusiyadan edildiyi halda, bu ölkəni 800 milyon kubmetrlə İran və 784 milyon kubmetrlə Azərbaycan izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et