Türkiyəyə miqrasiya edənlərin əksəriyyəti Orta Asiyadandır | Banco.az

Türkiyəyə miqrasiya edənlərin əksəriyyəti Orta Asiyadandır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xaricdən Türkiyəyə köç edənlərin sayı 2024-cü ildə bir əvvəlki ilə nisbətən 0,6 faiz azalaraq 314 min 588 nəfərə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) 2024-cü ilə dair Miqrasiya Statistikası Hesabatını yayımlayıb.

TÜİK-in paylaşdığı məlumatlara görə, Türkiyədən xaricə köç edənlərin sayı 2024-cü ildə əvvəlki illə müqayisədə 40,6% azalaraq 151 min 140 nəfər olub.

Köç edən əhalinin 55,7%-ni kişilər, 44,3%-ni isə qadınlar təşkil edib. Türkiyədən xaricə gedən əhalinin 151 min 140 nəfəri Türkiyə vətəndaşları, 273 min 205 nəfəri isə xarici vətəndaşlar olub.

Türkiyədən xaricə gedən xarici vətəndaşlar mənşə ölkələrinə görə təhlil edildikdə, ən çox köç edənlər İraq, Əfqanıstan, Rusiya və İran vətəndaşları olub.

Gələnlərin çoxu Orta Asiyadandır

2024-cü ildə xaricdən Türkiyəyə köç edənlərin sayı əvvəlki illə müqayisədə 0,6% azalaraq 314 min 588 nəfər olub.

Bu əhalinin 54,5%-ni kişilər, 45,5%-ni isə qadınlar təşkil edib. Xaricdən gələnlərin 103 min 732 nəfəri Türkiyə vətəndaşı, 210 min 856 nəfəri isə xarici vətəndaş olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram