Türkiyəyə beynəlxalq yardımlar zəlzələnin üçüncü günündə də davam edir | Banco.az

Türkiyəyə beynəlxalq yardımlar zəlzələnin üçüncü günündə də davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Zəlzələnin üçüncü günündə Türkiyəyə beynəlxalq yardımlar göndərilməkdə davam edir.

Banco.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə xaricdən yardımlar göndərilməkdə davam edir.

Belçika gündə 100-dən çox xəstəni müalicə edə biləcək sahə xəstəxanası göndərəcəyini açıqlayıb ki, Azərbaycan hökuməti də indiyədək 7 təyyarə və 14 maşından ibarət karvanla Türkiyəyə humanitar yardım göndərib.

İndiyədək qardaş ölkəyə maddi və tibbi yardım göndərən digər ölkələr isə aşağıdakılardır:

  • ABŞ
  • Rusiya
  • Çin
  • Tayvan
  • İtaliya
  • Yunanıstan
  • Niderland
  • Macarıstan
  • Polşa
  • İsveçrə
  • Rumıniya

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et