Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin xarici ticarət kəsiri noyabrda 32,6 faiz azalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayının xarici ticarət məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ümumi ticarət sisteminə görə, noyabr ayında ixrac 5,2 faiz artıb, idxal isə 5,7 faiz azalıb.
Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ümumi ticarət sistemi çərçivəsində çıxarılan müvəqqəti xarici ticarət məlumatlarına görə, ixrac əvvəlki ilin eyni ayına görə 5,2 faiz artaraq 22 milyard 999 milyon dollara çatarkən, idxal da 5,7 faiz azalaraq 28 milyard 916 milyon dollara geriləyib.
Odur ki, noyabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 32,6 faiz azalaraq 8 milyard 784 milyon dollardan 5 milyard 918 milyon dollara düşüb.
Yanvar-noyabr dövründə isə xarici ticarət kəsiri 0,1 faiz artaraq 99 milyard 828 milyon dollardan 99 milyard 926 milyon dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!