Müəllif: Tamara Mustafayeva, Banco.az
Apreldə 9 ayın ən yüksək səviyyəsinə çatan Türkiyənin xarici ticarət kəsiri may ayında 48 faiz azalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, may ayında ölkənin xarici ticarət kəsiri 48 faiz azalaraq 12 milyard 495 milyon dollardan 6 milyard 502 milyon dollara enib.
İxrac-idxalın əhatə dairəsi 2023-cü ilin may ayında 63,4 faiz olduğu halda, 2024-cü ilin may ayında 78,7 faizə yüksəlib.
Yanvar-may dövründə isə xarici ticarət kəsiri 34,3 faiz azalaraq 56 milyard 33 milyon dollardan 36 milyard 805 milyon dollara düşüb.
İxrac-idxalın əhatə dairəsi 2023-cü ilin yanvar-may dövründə 64,6 faiz olduğu halda, 2024-cü ilin eyni dövründə 74,4 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!