Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyəni xarici ticarət kəsiri ilə artımla başlayıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) açıqladığı ilin ilk xarici ticarət göstəriciləri xarici ticarət kəsirinin artımla başladığını əks etdirib.
TÜİK-in məlumatlarına görə, yanvar ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,9% artaraq 6 milyard 185 milyon dollardan 7 milyard 538 milyon dollara yüksəlib. İxracatın idxalatı qarşılama nisbəti 2024-cü ilin yanvar ayında 76,4% olduğu halda, 2025-ci ilin yanvar ayında 73,7%-ə geriləyib.
2025-ci ilin yanvar ayında ixracat əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,8% artaraq 21 milyard 165 milyon dollar, idxalat isə 9,6% artaraq 28 milyard 703 milyon dollar olub.
Enerji məhsulları və pul vahidi olmayan qızıl istisna olmaqla, ixracat 2025-ci ilin yanvar ayında 5,0% artaraq 18 milyard 576 milyon dollardan 19 milyard 508 milyon dollara yüksəlib.
Yanvar ayında enerji məhsulları və pul vahidi olmayan qızıl istisna olmaqla, idxalat 11,8% artaraq 18 milyard 646 milyon dollardan 20 milyard 845 milyon dollara yüksəlib.
Enerji məhsulları və pul vahidi olmayan qızıl istisna olmaqla, xarici ticarət kəsiri yanvar ayında 1 milyard 336 milyon dollar olaraq qeydə alınıb. Xarici ticarət həcmi 8,4% artaraq 40 milyard 353 milyon dollara çatıb. Sözügedən ayda enerji və qızıl istisna olmaqla, ixracatın idxalatı qarşılama nisbəti 93,6% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!