Türkiyənin xarici ticarət kəsiri 64% azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 64% azalıb

2018-ci ilin Mart ayı ilə müqayisədə 2019-cu ilin Mart ayında Türkiyənin ixracı 0,4% azalaraq 15 milyard 486 milyon dollar, idxalı isə 17,8% azalaraq 17 milyard 622 milyon dollar təşkil edib. 

Mart ayında xarici ticarət kəsiri 63,7% azalaraq 2 milyard 137 milyon dollarageriləyib. Proqnoz 2.1 milyard dollar  idi. Fevral ayına olan rəqəm 2.13 milyard dollardan 2.15 milyard dollara dəyişdirilib.

Ən sərfəli kredit üçün müraciət et

İxracın idxalı qarşılama nisbəti 2018-ci ilin Mart ayında 72,6% ikən, 2019-cu ilin Mart ayında 87,9%-ə yüksəlib.

Bu gün səhər Dollar/Türk Lirəsi məzənnəsi 5.97 səviyyələrini görüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et