Türkiyənin xarici ticarət kəsiri 63,1% azalıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 63,1% azalıb

Türkiyə Statistika Komitəsinin məlumatına görə, Türkiyənin ixracı 2019-cu ilin fevral ayında 2018-ci ilin eyni ayı ilə müqayisədə 3,4% artaraq 13 milyard 593 milyon dollar, idxalı isə 16,9% azalaraq 15 milyard 727 milyon dollar təşkil edib.

Xarici ticarət kəsiri 63,1% azalıb. 

Belə ki, Fevral ayında xarici ticarət kəsiri 63,1% azalaraq 2 milyard 134 milyon dollara geriləyib. İxracın idxalı qarşılama nisbəti 2018-in Fevral ayında 69,4% ikən, 2019-un Fevral ayında 86,4%-ə yüksəlib.

 
 
İxracda Almaniya, idxalda Rusiya birinci yeri tutub

Ən sərfəli kredit üçün müraciət et

Almaniyaya aparılan ixrac 2019-un Fevral ayında 1 milyard 225 milyon dollar təşkil edib. Növbəti yerlərdə 857 milyon dollar ilə Birləşmiş Krallıq, 815 milyon dollar ilə İtaliya və 741 milyon dollar ilə İspaniyadır. Rusiyadan edilən idxal 2019-cu ilin Fevral ayında 1 milyard 577 milyon dollar təşkil edib. Bu ölkənin ardınca 1 milyard 371 milyon dollar ilə Çin, 1 milyard 347 milyon dollar ilə Almaniya və 842 milyon dollar ilə ABŞ gəlir.

İdxalın və xirici ticarət kəsirinin azalmasına baxmayaraq bu gün də Türk Lirəsi Dollar qarşısında ucuzlaşıb. Bakı vaxtı ilə saat 11:40-da Dollar/TL məzənnəsi 1,4% artımla5.6385 səviyyəsində olub. 

Marja