Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət kəsiri 5,91 milyard dollar olub.
Banco.az xəbər verir ki, ölkənin xarici ticarət kəsiri ötən ilin eyni ayına nisbətən 10,5% azalıb.
Məlumata görə, oktyabr ayında Türkiyənin ixracı 2023-cü ilin eyni ayına görə 3,1% artaraq 23,5 milyard dollara çatıb, idxalı isə eyni qalaraq 29,4 milyard dollar olub.
Yanvar-oktyabr aylarında ixrac 3,1% artaraq 216 milyard 195 milyon dollara yüksəlib, idxal isə 7,2% azalaraq 282 milyard 49 milyon dollara enib.
Bizi sosial şəbəkələrdən izləyin!!