Türkiyənin ümumi xarici borcu bəlli olub | Banco.az

Türkiyənin ümumi xarici borcu bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin ümumi xarici borcu 500 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyi 31 dekabr 2023-cü il tarixinə ümumi və xalis xarici borc ehtiyatı, Xəzinədarlığın zəmanətli xarici borc ehtiyatı və dövlət xalis borc ehtiyatı və Avropa İttifaqının (Aİ) müəyyən edilmiş ümumi dövlət borc ehtiyatı məlumatlarını açıqlayıb.

Nazirliyin məlumatına görə, 31 dekabr 2023-cü il tarixinə Türkiyənin ümumi xarici borc ehtiyatı 499,9 milyard dollar, xalis xarici borc ehtiyatı isə 261,4 milyard dollar hesablanıb.

Belə ki, Türkiyənin ümumi xarici borc ehtiyatı 499,9 milyard dollar ikən, ehtiyatın milli gəlirə nisbəti 44,7 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xəzinə zəmanətli xarici borc ehtiyatı isə 16,1 milyard dollar olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et