Türkiyənin turizm sektorunda rekord rüblük gəlir əldə edilib | Banco.az

Türkiyənin turizm sektorunda rekord rüblük gəlir əldə edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə turizm sektorunda rekord rüblük gəlir əldə edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, turizm gəlirləri iyul, avqust və sentyabr aylarından ibarət üçüncü rübdə əvvəlki ilin eyni rübü ilə müqayisədə 13,1 faiz artaraq 20 milyard 225 milyon 317 min dollara çatıb. Beləliklə, rüblük rekord qeydə alınıb.

Bununla da turizm gəliri ilk 3 rübdə 42 milyard dollara yüksəlib. Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2023-cü il üçün turizm gəliri hədəfinin 56 milyard dollar olduğunu açıqlayıb.

Qeyd edək ki, turizm gəlirinin 16,5 faizi xaricdə yaşayan və Türkiyəyə səfər edən ölkə vətəndaşlarından əldə edilib. Bu rübdə edilən xərclərin 14 milyard 644 milyon 632 min dollarını şəxsi xərclər, 5 milyard 580 milyon 686 min dollarını isə turpaket xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et