Türkiyənin turizm gəlirləri ilin ilk rübündə rekord vurub | Banco.az

Türkiyənin turizm gəlirləri ilin ilk rübündə rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə 2023-cü ilin birinci rübü üzrə turist sayı 8,2 milyon, gəlir isə 8,7 milyard dollar olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) “Turizm Statistikası, 1-ci Rüb, yanvar-mart 2023” məlumatlarını dərc edib.

Bu məlumatlara görə, ölkədə turizm gəlirləri yanvar, fevral və mart aylarından ibarət olan birinci rübdə əvvəlki ilin eyni rübünə görə 32,3 faiz artaraq 8 milyard 690 milyon 505 min dollar olub. Turizm gəlirlərinin 20,8 faizi ölkəyə gələn xarici vətəndaşlardan əldə edilib.

Sözügedən rübdə qeydə alınan xərclərin 7 milyard 503 milyon 255 min dollarını şəxsi xərclər, 1 milyard 187 milyon 249 min dollarını isə paket tur xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bu rübdə ölkəyə gələn turistlərin 46,6 faizi “ekskursiya, əyləncə, idman və mədəni fəaliyyət” məqsədi ilə buraya səfər edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et