Türkiyənin turizm gəlirləri artım göstərib | Banco.az

Türkiyənin turizm gəlirləri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin turizmdən əldən etdiyi gəlir ilk yarımillikdə 27 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin ikinci rübü üzrə turizm statistikasını açıqlayıb.

Statistika göstərir ki, ölkənin aprel, may və iyun aylarını əhatə edən ilin II rübü üzrə turizm gəlirləri əvvəlki ilin eyni rübü ilə müqayisədə 23,1 faiz artaraq 12 milyard 975 milyon 307 min dollara çatıb. 

Turizm gəlirlərinin 14,5 faizi xaricdə yaşayan və Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib. Bu rübdə edilən xərclərin 9 milyard 714 milyon 687 min dollarını şəxsi xərclər, 3 milyard 260 milyon 620 min dollarını isə turpaket xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ilk yarımillikdə isə gəlirlər 27 faiz artaraq 21 milyard 734 milyon 366 min dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et