Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə turizm gəlirləri 27% artım göstərib.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə turizm gəlirləri iyul, avqust və sentyabr aylarını əhatə edən III rübdə əvvəlki ilin eyni rübünə görə 27,1 faiz artaraq 17 milyard 952 milyon 361 min dollar təşkil edib. Bu gəlirin 14,3 faizi xarici turistlərin payına düşüb.
Ölkəyə gələn turisrlərin sayı da ötən ilin eyni rübünə görə 54 faiz artımla 21,1 milyon nəfərə çatıb.
Turistlər bir gecəlik orta hesabla 89 dollar xərcləyiblər ki, ötən il bu rəqəm 91 dollar olub. Xarici ziyarətçilərin qonaqlama xərcləri isə bir gecəlik orta hesabla 62 dollar hesablanıb.
Səhiyyə və digər xərclər istisna olmaqla, bütün növ xərclər əvvəlki ilin müvafiq rübü ilə müqayisədə artım göstərib. Turpaket xərcləri 110,5 faiz, idman, təhsil və mədəniyyət xərcləri 81,7 faiz, beynəlxalq nəqliyyat xərcləri isə 35,7 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!