Türkiyənin ticarət kəsiri yenidən ikirəqəmli həddə çatıb | Banco.az

Türkiyənin ticarət kəsiri yenidən ikirəqəmli həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri yenidən ikirəqəmli həddə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.

Buna görə, Türkiyə iqtisadiyyatı may ayında 12,5 milyard dollarlıq xarici ticarət kəsiri ilə üzləşib. Beləliklə, mart və aprel aylarında birrəqəmli həddə olan xarici ticarət kəsirindən sonra yenidən ikirəqəmli göstərici müşahidə olunub.

Xatırladaq ki, yanvar ayında xarici ticarət kəsiri 14,3 milyard dollarla rekord qırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et