Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb | Banco.az

Türkiyənin qızıl-valyuta ehtiyatları daha 1,7 mlrd. dollar artıb

 Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 4-10 fevral həftəsində 1,665 mlrd. ABŞ dolları və ya 1,55% artaraq 109,120 mlrd. dollar təşkil edib.

Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verilir ki, hesabat həftəsində qızıl ehtiyatları 388 mln. dollar və ya 2,44% artaraq 16,321 mlrd. dollara, valyuta ehtiyatları isə 1,277 mlrd. dollar və ya 1,4% artaraq 92,799 mlrd. dollara çatıb. 2017-ci il yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 16,16% artıb, valyuta ehtiyatları isə 0,81% azalma göstərib. Məcmu ehtiyatlar isə ilin əvvəli ilə müqayisədə 2,84% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qızıl ehtiyatlarında artım qlobal qızıl bazarındakı bahalaşma ilə bağlı olub.

Hesabat dövründə qeyri-rezidentlər Türkiyənin qiymətli kağızlar bazarında 140 mln. dollarlıq satış həyata keçiriblər.

Mənbə: Report.az