Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin İsveçrədən qızıl idxalı yenidən artım göstərib.
Banco.az xəbər verir ki, son məlumatlar Türkiyədə makroprudensial tədbirlərin təsiri ilə bir müddətdir azalma tendensiyası göstərən qızıl idxalında artıma işarə edir.
İsveçrə Federal Gömrük İdarəsinin internet saytında yer alan məlumatlara görə, oktyabr ayında Türkiyənin İsveçrədən qızıl idxalı 7,7 tona yüksəlib. Beləliklə, bir müddətdir Türkiyənin bu ölkədən qızıl idxalında müşahidə olunan eniş tendensiyası oktyabr ayında başa çatıb.
Məlumatlara görə, eyni dövrdə İsveçrənin ümumi qızıl ixracatında da artım qeydə alınıb. Belə ki, sözügedən dövrdə ölkənin ümumi qızıl ixracı xüsusilə Hindistanın artan tələbi ilə 151,3 tona yüksəlib. Sentyabrda isə ölkənin ümumi qızıl ixracı 99,1 ton idi.
Bizi sosial şəbəkələrdən izləyin!!