Türkiyənin İsrailə ixracatı rekord həddə çatıb | Banco.az

Türkiyənin İsrailə ixracatı rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin İsrailə ixracı 6,1 milyard dollarla tarixin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarından əldə olunan statistikaya görə, Türkiyənin İsrailə ixracatı 11 ayda keçən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artıb.

Beləliklə İsrailə ixrac yanvar-noyabr ayları ərzində 6 milyard 111 milyon dollara çatıb ki, bu göstərici bu vaxta qədərki pik hədd hesab edilir.

Bu dövrdə Türkiyənin ümumi ixracatında İsrailin payı isə 2,6 faiz hesablanıb.

Qeyd edək ki, İsrailə ixracda sənaye sektoru aparıcı yerdədir. Ölkəyə ən çox ixracat 1 milyard 411 milyon dollarla polad sənayesindən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et