Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Türkiyədə şokolad istehsal edən ilk qida emalı şirkəti olan “Ülker Chocolate” 100-dən çox ölkəyə istehsalı olan müxtəlif şirniyyat məhsullarını ixrac edir.
Banco.az şirkətin uğur hekayəsini təqdim edir:
Ülker şirkəti Səbri Ülker və Asım Ülker tərəfindən 22 fevral 1944 - cü ildə “Ülker Bisküvi Sanayi A.Ş” adı qurulub.
Elə həmin ildə Ülkər markalı məhsul olan ilk petit-bör biskviti kiçik bir emalatxanada istehsal olundu. Ülker Pötibör hələ də Türkiyənin ən məşhur biskvit markalarından biridir.
Şirkətin ilk fabriki 1948-ci ildə qurulub. Bununlada biskvit istehsal gücü xeyli artırıldı və konfet istehsalına başlanıldı.
1970-ci ilde Ülkər şirkəti marketinq imkanlarını genişləndirərək, reklamların köməyi ilə alıcıların fenomen markası çevrilməyi bacardılar.
1974-cü ildə 200 min dollarlıq ilk ixracat nəticəsində Türkiyədə biskvit bazarı beynəlxalq miqyasda inkişaf etdi. Həmin il biskvit fabrikinin yanında Ülkər Şokolad Fabriki quruldu.İlk istehsal edilən şokolad “Dido” oldu.
1976-1988 ci ilə kimi Ülkər ən son texnologiya ilə şokolad istehsal müəssisələrində “Hanımeller”, “Çizi”, “Kremalı”, “Çokoprens”, “Ülker Halley” “Ülker Hobby”, “Ülker Albeni” və “Ülker Metro” brendlərini satışa çıxarıb.
1991-ci ildə buraxılan Ülkər Biskvit bazara çıxan kimi hər kəs tərəfindən sevildi. İş o yerə çatdı ki, , sonrakı illərdə “Biskrem” təkbaşına brend olaraq uğurunu sübut etməyi bacarıb.
Ülkerin 1992-ci ildə təməli qoyulan Besler Gıda yağ fabriki bu gün Türkiyənin aparıcı yağ istehsalçılarından sayılır. 2002-ci il qənnadı məmulatları kateqoriyasında iz qoyacaq yeni brendlərin ili oldu. Meyvə dadları ilə həyata rəng qatan Ülker Krem və meyvə şirəli tərkibi ilə Ülkər Yupo istehlakçılara təqdim edildi. 2003-cü ildə şəkərsiz saqqız markası Yıldız satışa çıxarıldı. 1995-ci ildə keks istehsalına başlayan Ülker, 2014-cü ildə “O'lala” sufle ilə kekslərə fərqli bir ölçü qatdı.
Hazırda “Ülker” şirkəti Türkiyənin 500 ən böyük sənaye müəssisəsi arasında 108-ci yeri tutur.
“Ülker” in də daxil olduğu Yıldız Holdinq 3 noyabr 2014-cü ildə dünyanın 6-cı ən böyük biskvit istehsalçısı olan “United Biscuits”i satın aldı . Bu addımla Yıldız Holdinq dünyanın 3 nömrəli biskvit şirkəti oldu.
2006-cı ildə əldə edilən maliyyə statistikasına əsasən “Ülker Gıda”nın bazar dəyərinin artdığını görə bilərik. 2000-ci ildə Ülker 362 milyon türk lirəsi xalis mənfəət və 88.800.000 tl maliyyə qənaəti əldə edib.
Şirkətin 2023-cı il üzrə nağd pul ehtiyyatları 36.987.249 TL-yə bərabərdir. Cəmi aktivləri isə 61.589.644 TL dəyərindədir. 2022-ci ildə bu rəqəm 66.149.172 TL olub.
Hazırda Ülker dörd ölkədə - Türkiyə, Qazaxıstan, Misir və Səudiyyə Ərəbistanında 10 fabriklə istehsal fəaliyyətini davam etdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!