Türkiyənin ilk avtobus şirkəti “Kamil Koç” barəsində əhəmiyyətli layihənin həyata keçirilməsinə başlanılıb.
Banco.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən avtobus şirkətinin Almaniyada fəaliyyət göstərən “Flixmobiliy”-də dövriyyəsi üçün Rəqabət Təşkilatına müraciət edilib. Rəqabət Təşkilatına edilən müraciətdə “Göksu” və “Kamil Koç” avtobus şirkətlərinə məxsus nəqliyyat vasitələrinə birbaşa və dolayı yolla nəzarətin “Flixmobiliy GMBH” tərəfindən həyata keçirilməsi qeyd olunub.
Bundan başqa, 93 illik xidmət tarixinə sahib olan “Kamil Koç” şirkətinin tərkibində 1000 nəqliyyat vasitəsi yer alır. Eyni zamanda şirkət 2013-cü ildə kapital qurumu olan “Actera Group”-a satılıb.
Qeyd edək ki, 2011-ci ildə Almaniyada əsası qoyulan “Flixmobiliy” Avropa və ABŞ-da “Flixbus” adı altında fəaliyyət göstərir. Beynəlxalq və şəhərlərarası daşınmaları həyata keçirən Flixbus şirkəti, əsasən ikitərəfli avtobuslara üstünlük verir.
Aida İSAQ, Banco.az