Türkiyənin Fransaya ixracında rekord qeydə alınıb | Banco.az

Türkiyənin Fransaya ixracında rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə yanvar-fevral aylarında Fransaya 1 milyard 532 milyon dollarla bu vaxta qədərki ən yüksək ixracatını həyata keçirib.

Banco.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, Türkiyə yanvar-fevral aylarında Fransaya 1 milyard 532 milyon dollar ixrac reallaşdırıb.

Türkiyənin Fransaya ixracı ilin ilk 2 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artarkən, Fransanın ümumi ixracatdakı payı 4 faiz olub. Fransa Türkiyənin ən çox ixrac həyata keçiridiyi 6-cı ölkə olaraq da qeyd edilib.

Sektor nöqteyi-nəzərindən sənaye sektoru Fransaya ixracatda ön plana çıxıb. Belə ki, Fransaya ən çox ixracatı 628 milyon 680 min dollarla avtomobil sənayesi edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Fransa 208 milyon 441 min dollarla Türkiyə ixracatının dəyər baxımından ən çox artdığı üçüncü ölkə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et