Türkiyənin büdcə kəsiri rekord vurub | Banco.az

Türkiyənin büdcə kəsiri rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yanvar ayında 32,2 milyard TL olan mərkəzi hökumət büdcə balansındakı kəsir vergi gəlirlərinin azalması ilə fevral ayında 170,6 milyard TL-yə çatıb.

Banco.az xəbər verir ki, Xəzinədarlıq və Maliyyə Nazirliyi fevral ayı üzrə büdcənin icrasının yekunlarını açıqlayıb.

Müvafiq olaraq, fevral ayında büdcə gəlirləri əvvəlki ilin eyni ayına görə 19,1 faiz azalaraq 218 milyard 828 milyon lirəyə geriləmiş, büdcə xərcləri isə 93,9 faiz artaraq 389 milyard 388 milyon lirəyə yüksəlmişdir.

Yanvar-fevral dövründə isə büdcə gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 507 milyard 906 milyon lirəyə, büdcə xərcləri də 104,9 faiz artaraq 710 milyard 709 milyon lirəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, mərkəzi hökumət büdcəsi fevral ayında 170 milyard 560 milyon lirə, yanvar-fevral dövründə isə 202 milyard 802 milyon lirə kəsir verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et