Müəllif: Tamara Mustafayeva, Banco.az
İstanbulun inflyasiya göstəricilərində artım tempi oktyabr ayında da davam edib.
Banco.az xəbər verir ki, İstanbul Ticarət Palatası (İTP) oktyabr ayı üzrə pərakəndə və topdansatış qiymət indekslərini açıqlayıb.
Buna görə, İstanbulda qiymətlər Maaşlı Yaşayış İndeksində 108,8 faiz, Topdansatış Qiymətləri İndeksində isə 104,21 faiz olub ki, axırıncı dəfə 1995-ci ildə oxşar nəticələr əldə edilmişdi.
2022-ci ilin oktyabrında İstanbulda; Pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Maaşlı Yaşayış İndeksi əvvəlki aya görə 3,96 faiz, topdansatış qiymətləri hərəkətlərini əks etdirən Topdansatış Qiymətləri İndeksi isə 5,89 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!