"Türkiyənin bu faiz siyasətindən diqqətlə dönüş etməsi lazımdır" | Banco.az

"Türkiyənin bu faiz siyasətindən diqqətlə dönüş etməsi lazımdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda xarici mətbuat nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 23 İyunda keçiriləcək İstanbul bələdiyyə seçkiləri, S400-lər və iqtisadiyyat daxil müxtəlif məsələlər üzrə açıqlamalar verib. 
 

Ərdoğan yüksək faiz siyasətinə qarşı olduqlarını, Türkiyənin bu faiz siyasətindən diqqətlə dönüş etməsi lazım olduğunu bildirib.

Ərdoğan, "S-400 məsələsi bizim üçün və Rusiya üçün bitmişdir, qarşıdakı ay təhvil başlayacaq, sanksiyalara ehtimal vermirəm" deyib.

 

Ərdoğanın açıqlamalarında önə çıxanlar:
 
- Heç şərtləri sərtləşdirmədən imkan verin dalğalı məzənnə rejimi davam etsin,
 
- Faiz məsələsində Trampla düşüncələrimiz üst-üstə düşür, o da aşağı faiz deyir,
 
- Maliyyə intizamını gücləndirdik və işlər nəticəsini verib,
 
- Trampdan "belə bir sanksiyaları (ABŞ sanksiyaları) məqsədəuyğun hesab edirsən?" soruşacam,
 
- Trampla əlaqələrimiz yaxşı səviyyədədir, hər məsələni rahat müzakirə edirik,
 
 -Bu faiz siyasətindən Türkiyənin diqqətli bir şəkildə bir dönüş etməsi lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

 

"Mərkəzi Bankın müstəqilliyi var. Amma mən yüksək faiz siyasətinə qarşıyam. Qarşı olmağımın da ən mühüm səbəbi budur: Mənə görə yüksək inflyasiyanın ən mühüm səbəbi yüksək faizdir. Əgər faiz aşağı salınmasa inflyasiya da qətiyyən aşağı düşməyəcəkdir. İnflyasiya ilə faiz düz mütənasibdir. Faizi aşağı salsanız inflyasiya da düşər. Yüksəltsəniz inflyasiya da yüksəlir",- Ərdoğan deyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et