Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb | Banco.az

Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin birinci yarısında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 575 milyon 685 min dollara bərabər olub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.7% və ya 94 milyon 894 min dollar çoxdur.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 480 milyon 791 min dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et