Türkiyəni 8 ay ərzində 36 milyondan çox turist ziyarət edib | Banco.az

Türkiyəni 8 ay ərzində 36 milyondan çox turist ziyarət edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə 2023-cü ilin ilk 8 ayında 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.

Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin ilin ilk 8 ayı ilə bağlı açıqladığı məlumata görə, Türkiyəyə gələn xarici ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artım olub.

Sözügedən dövr ərzində Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə nəzərən 44,84 faiz artım və 4 milyon 351 min 254 nəfərlə Rusiya Federasiyası birinci, 6,03 faiz artım və  4 milyon 82 min 994 nəfərlə Almaniya ikinci, 12,36 faiz artım və 2 milyon 652 min 188 nəfərlə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir.

Bu ilin avqust ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı isə ötən ilin eyni ayına görə 5,65 faiz artaraq 6 milyon 660 min 700 nəfər olub. Almaniya bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə 1,52 artım və 871 min 270 nəfərlə ən çox ziyarətçi göndərən ölkə kimi qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et