Türkiyədən sifarişi daha sərfəli qiymətə gətirən şirkətlər hansılardır? | Banco.az

Türkiyədən sifarişi daha sərfəli qiymətə gətirən şirkətlər hansılardır?

Son dövrlər onlayn alış-verişə olan marağın artması xaricdən sifarişlə yükdaşıma şirkətlərinə olan təlabatı da artırıb. Xüsusilə, karantin dövründə mağazaların işləməməsi və qiymətlərin daha sərfəli olması diqqət cəlb edən faktordur. Eyni zamanda, prosesin rahat olması da sözü gedən şirkətlərə daha da marağı artırır. Belə ki, karqo şirkətindən qeydiyyatdan keçdikdən sonra bəyəndiyiniz məhsulun linki, onun ölçü və rəngi barədə məlumatları qeyd etdikdən sonra sifarişi təsdiqləmiş olursunuz. Bundan sonra məhsulu əldə edənədək şirkət məhsulun yeri barədə məlumatlandırır (mesaj, email vasitəsilə). Sizin öhdənizə düşən isə sadəcə məhsulu gedib yerli şirkətin anbarından götürmək və ya kuryer vasitəsilə ünvana sifariş verərək məhsulunuzu əldə etməkdir. Proses çox sadə görünsə də, sifariş verdiyiniz andan məhsulu əldə edənədək 1-2 həftə gözləməli olacaqsınız. Beləliklə prosesin aktuallığı insanlarda hansı şirkətlərin daha sərfəli və güvənli olması barədə suallar formalaşdırır.

Həmçinin bax: Türkiyədən daha sərfəli çatdırılma edən karqo şirkətləri hansılardır?- Yeni 2022

Banco.az öz növbəsində sizin üçün faydalı olacağını düşünərək bu şirkətlərin qiymətlərini araşdırıb təqdim edir. Keyfiyyətinə qərar vermək isə sizin ixtiyarınızdadır.

Qeyd edək ki, qiymətlər Bakı şəhərinə çatdırılma üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: Amerikadan sifarişi daha sərfəli qiymətə gətirən şirkətlər hansılardır?

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et