Türkiyədən Səudiyyə Ərəbistanına ixrac 30 dəfədən çox artıb | Banco.az

Türkiyədən Səudiyyə Ərəbistanına ixrac 30 dəfədən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı yanvar-fevral dövründə 30 dəfə artaraq 367 milyon 363 min dollara çatıb.

Banco.az xəbər verir ki, ixracatda qətiyyətlə yoluna davam edən Türkiyə Səudiyyə Ərəbistanına ixracatında da böyük irəliləyiş əldə edir. İki ölkə arasında ticarət əlaqələrinin yenidən qurulması, ixracın həcminin artırılması istiqamətində atılan addımlar qısa zamanda öz nəticəsini verir.

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına əsasən, ölkənin Səudiyyə Ərəbistanına ixracatı yanvar-fevral dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32 dəfə artaraq 11 milyon 209 min dollardan 367 milyon 363 min dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə Səudiyyə Ərəbistanı Türkiyənin ən çox xarici ticarət etdiyi 22-ci ölkə olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et