Türkiyədən Azərbaycana pul köçürmələri 34%-dən çox artıb | Banco.az

Türkiyədən Azərbaycana pul köçürmələri 34%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyədən fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 164 milyon 316 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 34,5% (42 milyon 175 min dollar) çoxdur. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 122 milyon 141 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 9,9% olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et