Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyədən fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 39 milyon 920 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,3% (7 milyon 285 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 32 milyon 635 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 3 ayda Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 13,6% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!